Slimfit
  1. CƏMİYYƏT

Aksiya dayandırıldı: əgər Laçın postuna müdaxilə olsa…

Aksiya dayandırıldı: əgər Laçın postuna müdaxilə olsa…
Sakura

Aksiya dayandırıldı: əgər Laçın postuna müdaxilə olsa…

Xankəndi-Laçın yolunda aksiya dayandırıldı. Laçın yolunda post qurulduqdan sonra aksiyanın missiyasını tamamlanmış hesab etmək olar, lakin müvəqqəti dayandırılması amilindən bir neçə nəticə çıxır:

- Laçın yolunda qurulan posta müdaxilə riskinə qarşı mülki vətəndaşlar yenidən ayaqlanacaq;

- Qarabağda Azərbaycanın suverenliyinə yaranacaq təhlükələrə qarşı xalq da ordu ilə birlikdə meydanda olacaq;

Gözləniləndir ki, qarşıdakı günlərdə ekoaksiyanın tələbi olan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərə giriş məsələsi gündəmə gətirilsin və bunun baş tutacağı ehtimalı bu dəfə daha yüksəkdir.

Ekoaksiyanın nail olduğu nəticələri isə tarixi nailiyyət adlandırmaq olar: Laçın yolunda postun qurulmasına aparan yolda cığır açdılar və Qarabağda suverenliyimizin tam bərpa edilməsinə gedən yolda xalq faktorunun praktiki olaraq önə çıxması presedentini diriltdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR