Akademik Uqlov: alkoqol haqqında yalan və doğrular
Mən cərraham, bütün ömür boyu xəstələri əməliyyat edirəm. Mən adi insanların görmədiklərini görmüşəm. İnsanda spirtli içkilərin qəbulundan (araq, çaxır və ya pivə) zərər görməyən orqan yoxdur.
Lakin ən çox beyinə zərər dəyir. Çünki orada alkoqolun qatılığı maksimaldır. Əgər qandakı alkoqol qatılığını vahid kimi götürsək, onda qaraciyərdə bu 1.45, beyində isə 1.75 olacaq.
Mən “qırışmış beynin” (alkoqol qəbul edən insanların çoxunda beyin qırışır, həcmi sürətlə kiçilir, beyin qişaları şişir, ) dəhşətli mənzərəsini izah etməyəcəm, lakin daha dəqiq araşdırma zamanı məlum olur ki, sinir hüceyrələrindəki dəyişiklik çox güclü zəhərlənmə zamanı olan kimi kəskindir.
Bu dəyişiklikləri geriyə qaytarmaq mümkün deyil. Bu da zehni fəaliyyətdə özünü göstərir. Bu zaman beynin ən təkmil, ən yüksək funsksiyaları zərər görür, aşağı isə - dərialtı refleksə yaxınlaşan primitivlər isə daha uzun müddət qalır.
Alkoqolun təsirindən yaranmış beyin zədəsini kəllə travması ilə müqayisə etmək olar. Beyin silkələnən zaman hətta mikroskopik araşdırma zamanı nə qabıqda, nə də damarlarda dəyişiklik aşkar olunmur. Klinik olaraq isə bir dəqiqədən bir neçə saata qədər yaddaş itməsini müşahidə edirdik, nəticə isə güclü baş ağrıları olur.
Əgər biz beyin travmasından sonra beyin maddəsində və ya onun qabığında hər hansı qanaxma və ya nöqtəvi nekrozlar aşkar olunursa biz beynin zədələnməsindən (sarsıntı) danışırıq. Bu halda yaddaş itkinliyi çox vaxt bir neçə saat çəkir, yerə düşmədə, sinir və ya sinir qruplarının funksionallığının pozulmasında özünü göstərir. Sonuncuda davamlı baş ağrıları, uzun müddətli olanlarda isə hipertoniyanın başlanğıcı olur.
Alkoqol qəbul edən insanların beynində baş verən dəyişiklikləri beynin müxtəlif funksiyalarının zəifləməsi və pozulmasına, bütün mərkəzi sinir sisteminin işinin pisləşməsinə gətirib çıxaran kobud anatomik dəyişiklik adlandırmaqdan başqa cür qiymətləndirmək olmaz.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət