Akademik Akif Əlizadə Ukrayna Milli Elmlər Akademiyasının 100 illik yubileyi münasibətilə təsis edilmiş…
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.
Xarici ölkələrin elmlər akademiyalarının rəhbərlərinin iştirak etdiyi konfransda akademik Akif Əlizadə UMEA-nın 100 illik yubileyi münasibətilə təsis edilmiş medalla təltif olunub.
Tədbirdə çıxış edən AMEA rəhbəri Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda elmin inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, bu gün iki ölkənin ali elm mərkəzləri arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
UMEA-nın 100 illik tarixində böyük inkişaf yolu keçdiyini deyən akademik Akif Əlizadə bu qurumun nəinki ölkəsi, həm də xarici dövlətlər üçün yüksəkixtisaslı kadrlar yetişdirdiyini diqqətə çatdırıb.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin müdiri Zülfüqar Fərzəliyev və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev də iştirak ediblər.
AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət