Slimfit
  1. DÜNYA

Ailəsi koronavirusa görə karantinə alındı: Evdə tək qaldığı üçün öldü

Ailəsi koronavirusa görə karantinə alındı: Evdə tək qaldığı üçün öldü
Sakura

Ailəsi koronavirusa görə karantinə alındı: Evdə tək qaldığı üçün öldü

Beyin iflici keçirən 16 yaşlı oğlan ailəsi karantinə alındıqdan sonra evdə tək qaldığı üçün ölüb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, Yan Çengin atası və 11 yaşlı autizmli qardaşı altı gün əvvəl koronavirus səbəbindən karantinə alınıb. Nəticədə əlil yeniyetmə evdə tək qalıb. Onun atası bu məsələni sosial media vasitəsi ilə ictimailəşdirdikdən sonra yerli hökumət nümayəndələri altı gün ərzində cəmi iki dəfə evə gediblər. Qalan vaxtlarda isə o tək qalıb, nəticədə ölüb.

 

Bununla bağlı olaraq artıq cinayət işi açılıb.

Son məlumatlara görə, Çində koronavirus səbəbindən artıq 213 nəfər həyatını itirib. 

ÇXR ilə yanaşı, İtaliya, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da yoluxma halları qeydə alınıb.

2019-nCoV virusu insandan insana ötürülür. İnfeksiyanın əsas əlamətləri arasında qızdırma, halsızlıq və öskürək var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR