Aİ Şurası Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı (Aİ) Şurası Krım və Sevastopol şəhərinin Rusiya tərəfindən qanunsuz ilhaqına cavab olaraq tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb.
APA-nın Aİ Şurasının saytına istinadən verdiyi xəbərə görə, sanksiyaların müddəti 2021-ci il iyunun 23-ə qədər uzadılıb.
Hazırda tətbiq olunan sanksiyalara Krımda və Sevastopolda istehsal olunan məhsulların Aİ-yə idxalına yönəlmiş qadağalar, Krımda və ya Sevastopolda infrastruktur və ya maliyyə qoyuluşları və turizm xidmətləri daxildir.
Bundan əlavə, Krım şirkətlərinə, Krımda nəqliyyat, telekommunikasiya və enerji sektorunda və ya neft, qaz və mineral ehtiyatların axtarışı və hasilatında istifadə olunan müəyyən məhsul və texnologiyaların ixracı da sanksiyalar siyahısındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət