Slimfit
  1. DÜNYA

Aİ qaçqınların deportasiyası ilə bağlı qaydaları sərtləşdirir

Aİ qaçqınların deportasiyası ilə bağlı qaydaları sərtləşdirir
Sakura

Aİ qaçqınların deportasiyası ilə bağlı qaydaları sərtləşdirir

Avropa İttifaqının Şurası daxili işlər nazirləri səviyyəsində cümə günü miqrantların qaytarılması haqqında direktivanı bir daha nəzərdən keçirməklə bağlı razılıq əldə edib. 

Oxu.Az-ın məlumatına əsasən,  Aİ düşünür ki, miqrantların geri qaytarılmasının effektliyinin artırılması kontrabandçıların biznes-modelinin sındırılmasının ən yaxşı yoludur. 

Beləliklə, sığınacaq axtaranların imtina cavabı aldıqdan sonra digər Aİ ölkələrinə keçə və ya gizlənə bilməmələri üçün deportasiya dustaqxanasında saxlanılmanın minimal müddəti üç ay təşkil edəcək. Deportasiya dustaqxanalarında saxlanılmanın maksimal müddəti isə altı ay, xüsusi hallarda isə bir ilə qədər təşkil edə bilər.

Son tədbir kimi bu cür miqrantların “istənilən təhlükəsiz üçüncü” ölkəyə göndərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Aİ Şurası bir daha nəzərdə keçirilmiş direktivanı Avropa Parlamenti ilə razılaşdırmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR