Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək
“Aİ Ermənistana yaxın olmağa söz verib və bu gün bu vədi yerinə yetirir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Erməni mətbuatının məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə qısamüddətli görüşdən sonra mətbuata bəyanatı zamanı bəyan edib.
O, bildirib ki, İrəvanla tərəfdaşlıq “Ermənistan Dayanıqlığı Proqramı” vasitəsilə həyata keçiriləcək.
“Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro (təxminən 290 milyon ABŞ dolları) məbləğində qrant dəstəyi verəcək. Keçən oktyabrda biz Ermənistanla çiyin-çiyinə duracağımıza, əməkdaşlığımıza baxış hazırlayacağımıza söz vermişdik, bu gün məhz bunu müzakirə edəcəyik”, - deyə o vurğulayıb.
ABŞ Dövlət katibi Antoni Blinken də Ermənistana 65 milyon dollardan çox vəsait verəcəklərini bildirib. Qeyd edək ki, bu, iki il əvvəlkindən 50% çoxdur.
Xatırladaq ki, bu gün Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət