Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağrını kəsmək üçün yeni dərman hazırlanır

Ağrını kəsmək üçün yeni dərman hazırlanır
Sakura

Ağrını kəsmək üçün yeni dərman hazırlanır

İsveçin Karolin institutundan olan elmi əməkdaşlar sensasiyalı kəşfə imza atıblar: əgər müəyyən zülal bətndaxili yetkinləşmənin birinci mərhələsində yoxdursa, onda ağrı hissləri, temperatur və qaşınma ötürən neyronlar inkişaf etmir.

Medpress.az xarici mətbuata istinadla bildirir ki, əvvəllər elmi əməkdaşlar aberrant ağrı sınağı ilə 5 gen açıblar. PRDM12 gen dəyişməsi ilə əmələ gələn individ ağrı çağırışını hiss edə bilməz ki, bu da bəzi problemlər yarada bilər. Doğrudur, alimlərə ağrı səbəblərinin dəqiq mexanizmi məlum deyil.

Dəqiq səbəbini öyrənmək məqsədilə mütəxəssislər komandası gəmiricilər üzərində araşdırma aparıb. Onlar müxtəlif növ neyronları meydana gətirən kök hüceyrələrindəki PRDM12 geninin istifadəsinə maneə törədiblər.

Elmi əməkdaşlar müəyyənləşdiriblər ki, siçanlarda ağrı, temperatur və qaşınma qeydiyyatı olan neyronar yoxdur. Cücələr üzərində aparılan növbəti araşdırmada PRDM12 gövdə neyronal hüceyrələrinin təsirini artırıblar. Düşünüblər ki, ağrı hüceyrələrini daha da inkişaf edtdirəcəklər, ancaq ehtimalları tamamilə səhv çıxıb.  

Mütəxəssislər iddia edirlər ki, bütün bu təcrübələr yalnız PRDM12 zülalına köməkçi elementlərdə, yaxud  kofaktorlarda ehtiyac olduğunu təsdiqləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR