Slimfit
  1. DÜNYA

Ağır xəstəliklə mübarizə aparan məşhurdan üzücü xəbər

Ağır xəstəliklə mübarizə aparan məşhurdan üzücü xəbər
Sakura

Ağır xəstəliklə mübarizə aparan məşhurdan üzücü xəbər

Uzun müddətdir ki, Multipl Skleroz (MS və ya dağınıq skleroz) xəstəliyi ilə mübarizə aparan müğənni Sərdar Ortaç bir ayağını itirə bilər.

Ens.az Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə sənətçi ötən gün gözəllik mərkəzindən çıxarkən danışıb. Jurnalistlərin suallarını cavablandıran ulduz qeyd edib ki, dağınıq skleroz çox ciddi xəstəlikdir. Zaman-zaman yeriməkdə çətinlik çəkən ifaçı vəziyyəti ilə bağlı bunları deyib:

"Ayaqqabılarımı tək başıma çıxarmaqda belə çətinlik çəkirəm, bu xəstəliyin əlacı yoxdur. Vəziyyətim 3 dəfə ağırlaşıb, xəstəlik 4-cü dəfə hücum edərsə, səhhətim təhlükə altında olacaq. Ayağımı itirmək riski var. Görək, inşallah heç bir şey olmaz".

Bir müddətdir psixoloji cəhətdən yaxşı olmadığını bildirən müğənni sözlərinə belə davam edib:
 
"Özümü çox ikinci plana atdım. Depressiyadan çıxa bilmədim, dostum dəvət edəndə gəldim və bura mənə dərman oldu. Baxımı həmişə qadınlar etməli deyil ki, kişilər də öz şəxsi qayğılarına fikir verməlidirlər. Peşəmlə əlaqəli heç kimə pis görünmək istəmirəm. Amma baxım etdirmək mənim üçün işgəncədir. Əslində heç xoşum gəlmir, xəstələnəndən sonra tamamilə unutdum".

Məlumat üçün bildirək ki, dağınıq skleroz sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR