Slimfit
  1. TEXNOLOGİYA

“Ağıllı” qıfıl hazırlanıb

“Ağıllı” qıfıl hazırlanıb
Sakura

“Ağıllı” qıfıl hazırlanıb

Bağlamaların evə çatdırılması ABŞ-da hər il daha da populyarlaşır. Bu, həm də oğurluq hallarının sayını artırır. “Kickstarter” platformasında bağlamaları oğrulardan qorumaq üçün nəzərdə tutulmuş və barkod skaneri ilə təchiz edilmiş “ağıllı” qıfıl üçün vəsait toplanması kampaniyasına başlanılıb.

AZƏRTAC hightech.fm saytına istinadla xəbər verir ki, “təhlükəsizlik sistemi”nin ideyası kifayət qədər sadədir. Evin divarında asma qıfılla bağlanan taxta sandıq yerləşdirilir. Kuryer bağlamanı gətirdikdə qıfıla quraşdırılmış skanerə barkodu yaxınlaşdırır. “BoxLock” barkoddan informasiyanı oxuyur və internetə daxil olaraq bağlamanın həmin şəxsə göndərildiyini və çatdırılmanın məhz həmin günə təyin edildiyini dəqiqləşdirir. Hər iki meyar uyğun gələrsə, qıfıl avtomatik açılır. Müştərinin mobil telefonuna bununla bağlı xəbərdarlıq göndərilir. Kuryer bağlamaları sandığa qoyaraq onu qıfılla bağlayır.

Hazırda sistem “Amazon”, “FedEx”, “UPS” və “USPS” çatdırılma xidmətlərinin proqramlarına uyğundur. Su keçirməyən qıfıl enerji yükləmədən 30 gün işləyir. “Ağıllı” qıfılı “Kickstarter”də 94 dollara əldə etmək olar. Qurğunun bazar qiyməti 129 dollar təşkil edəcək.

Kampaniya kifayət qədər vəsait toplayarsa, qıfıl 2018-ci ilin yay aylarında satışa çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR