Dərc edildi: Baxış sayı: 719
İsveç şirkəti olan "IKEA" "ağıllı" jalüz pərdələr istehsal edəcək
İsveç şirkəti olan "IKEA" "ağıllı" jalüz pərdələr istehsal edəcək.
"Kommersant.az" xəbər verir ki, mebel və ev avadanlıqlarının istehsalı ilə məşğul olan şirkət yeni sistemin istehsalı ilə bağlı artıq lisenziya alıb. Sistem avtomatik pərdələrin nəzarət panelinə aiddir.
Ağıllı jalüz pərdələrin "Tradfri"nin bir hissəsi olacağı gözlənilir. Qeyd edək ki, "Tradfri" "IKEA" tərəfindən buraxılan ağıllı məhsullar "xətti"dir. Hazırda "Tradfri"nin "xətti"ndə əsasən işıqlandırma ilə bağlı məhsullar təqdim edilib. Məhsulları "Apple HomeKit", "Amazon Alexa" və "Google Assistant" vasitəsilə sinxronlaşdırmaq mümkündür.
Xatırladaq ki, artıq Amerika bazarında "ağıllı" jalüz pərdələrin satışı həyata keçirilir. Onların qiyməti isə 300-400 dollardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət