“Ağıllı” lampanın köməyi ilə Wi-Fi parolunu “sındırmaq” mümkün olub
“LimitedResults”ın hakeri “ağıllı” lampada Wi-Fi şəbəkəsinə qoşulmaq üçün bütün lazımi informasiyanı aşkar edən unikal boşluq tapıb. Haker bütün zəruri məlumatları bir saatdan az vaxtda əldə edib.
planet-today.ru saytının məlumatına görə, “ağıllı” lampaları smartfonda proqram vasitəsilə idarə etmək mümkündür. Lakin onu birbaşa “sındırmaq” da olar.
Haker müdafiəni keçmək üçün “ağıllı” lampanın çipini çıxarıb və USB-portun köməyi ilə onu digər qurğuya qoşub. Təhlükəsizlik sistemi qurulmasa lampanın çipindəki məlumatlar açıq qalır.
Bu kimi lampaların qiyməti 25 dollar təşkil edir. Qeyd edək ki, istehsalçılar qurğudakı boşluqları araşdırıb və problemi aradan qaldırıblar.
Mənbə: İct.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət