Dərc edildi: Baxış sayı: 208
Agentlik sədrindən rəhbər vəzifələrlə bağlı XƏBƏRDARLIQ
Təhsil müəssisələrində rəhbər vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, müvafiq tədbirlər görüləcək.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov bildirib.
“Hazırda dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslərə bildirmək istəyirəm ki, sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, bu barədə bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək”, - o söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət