Slimfit
  1. ƏDƏBİYYAT

Ağəli bəy Naseh - Xudavənda, yazarkən nəzmü nəsrü dəftəri-inşa

Ağəli bəy Naseh - Xudavənda, yazarkən nəzmü nəsrü dəftəri-inşa
Sakura

Ağəli bəy Naseh - Xudavənda, yazarkən nəzmü nəsrü dəftəri-inşa

Xudavənda, yazarkən nəzmü nəsrü dəftəri-inşa,
Zəbanü fikrü təbü nitqim öz həmdinlə qıl guya.

Dəhan içrə zəbani, dildə təbi, başda övhami,
Hürufı-ləfzü mənani edibdir qüdrətin peyda.

Zəban gər həmd söylərsə, olur Məhmuddən tövfiq,
Kəlami təb tövlid etsə təbin xaliqi mövla.

Əgər olmazsa feyzin rəhnüma, daniş cəhalətdir,
Vücudi-elmü fəhmü əql verməz mənfəət əsla.

İnayətlər edib qıldın ədəmdən zatımı icad,
Gətirdin aləmi-nasutə batəşrif "kərrəmna".

Təcəlla etdi nurin mətləbi-qeybi-hüviyyətdən,
Bu nurin məzhəri olmaqla etdin cismimi əhya.

Cəhalətdən çıxıb kəsbi-kəmal etməkdə imdadım,
İlahi, səndən oldu, eylədin sən vaqifi-məna,

Bəşər növündən etdin, əhli-islam oldu əcdadım,
Lisanü qəlbımə nuri-hidayət eylədin ilqa.

Edib təftiş ədyanı, götürdüm dini-islamı,
Qəbuli-hökmi-Quran ilə tapdım neməti-üzma.

Şüur ilə müsəlmanəm, nə təqlidən əbu ümmə,
Dəlili-əqlü nəql ilə tutub qəlbimdə iman ca.

Könüldə şəkkü şübhəm yox yəqinən əhli-tövhidəm,
Həmişə söylərəm sidq ilə "amənna" səddəqna".

Übudiyyətdə, ğəffara, əgərçi çox qüsurum var,
Vəli göz yaşım ilə eylərəm qüfranın istida.

Kərıma, rusıyahəm, acızəm, ası, gunəhkarəm,
Məni rədd etmə dərgahındən, eylə məğfırət əta.

Mənə qəlbi-səlinı ənam edib taətdə sai qıl,
Sirati-müstəqim üzrə edim ehkami-din icra.

Kəlami-ləğvdən hifz et zəbanü təbimi, ya rəb,
Məni ətbai-ğavun etmə, çəşnü-qəlbimi əma.

Bu, rövşəndir ki, təbi-şair, əlbəttə, fəsad eylər,
Məni bu zümrədən öz lütfun ilə eylə istisna.

Muradım çün nəsihətdir, kəlamım dilpəzir eylə,
Süluki-şeirdə Nasehliyimdir məqsədi-əqsa.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR