Slimfit
  1. BİOQRAFİYA

Ağəli bəy Naseh

Ağəli bəy Naseh
Sakura

Ağəli bəy Naseh - Şair

Ağaəli bəy Naseh – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M.Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur.

Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaәli bәy Naseh tәvәllüd edibdir Şamaxıda 1273-cü ildә mәhәrrәm ayının onuncu günündә – yövmi-aşura. 10 sentyabr 1856-cı ildə. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır.

Tәhsili Şamaxı mәktәblәrindә üsuli-qәdim üzrә olubdur. Atasının ondan başqa kömәkçisi olmadığı cәhәtinә, mәktәbdә oxuyan zaman ticarәt işlәrilә dәxi mәşğul olarmış. 16 sinnә çatdıqda mәhz türk vә fars dillәrinin tәhsilinә kifayәtlәnmәyib, rusca oxumağa şövqü hәvәs göstәribdir vә lakin bu vaxtlarda müşarileyhin atası hәmişә sәfәrdә olmaq cәhәtilә ev vә bazar işlәri dәxi ona mühәvvәl olubdur. Belә ki, oxumağa vә elm tәhsil etmәyә çәndan vaxtı olmayıbdır. Bununla belә rusca oxumağı hәr şeydәn әlzәm bilib, onun tәhsilinә canü dil ilә müdavimәt etmişdir. Әlәlxüsus, o vaxtlarda rusca oxumaq xalq arasında bidәt, bәlkә daha ziyadә bir әmri-şәni kimi sayıldığı halda vә valideyninin mümaniәti ilә bәrabәr bir az vaxtın müddәtindә şәhәr mәktәbinin üç klass dәrslәrini ikmal etmişdir.

Naseh cәnabları ziyadә xoşxülq, bavüqarü tәmkin vә әzmindә sabit bir zat olduğu üçün öz hәmşәhәrlәrinin vә sair onu tanıyanların hörmәt vә mәhәbbәtini kәsb etmişdir. Xüsusәn Ağaәli bәyin haqqı bizim boynumuzda artıq dәrәcәdәdir ki, Şamaxı şüәrasının tәrcümeyi-hallarına dair bir çox mәlumat bizә cәm edib göndәrmişdi. Bu barәdә ol cәnaba sәmim-qәlbdәn razılıq izhar edib, cәnab hәqqdәn ona xoşbәxtlik vә tuli-ömr mәrhәmәt olunmasını tәmәnna edirik.

Naseh Şirvan şairlәrindәn Bahari-mәrhumun xidmәtini dәrk etmişdir vә Seyid, Zövi, Bixud vә Qafil kimi ürәfa vә şüәra ilә әnisü hәmcәlis olmuşdur.

Cәnab Ağaәli bәy hal-hazırda Şamaxının müslih divanxanasında (mirovoy sudda) sәrkatiblik (sekretarlıq) mәnsәbindә qulluq edir. Әrәb lisanından dәxi bibәhrә deyil. Sәrf-nәhvü mәntiq vә qeyrilәrinә lazım olan dәrәcәdә bәlәdiyyәti vardır. Qulluqdan asudә vaxt tapanda әdәbiyyata dair әsәrlәrin mütaliәsinә mәşğul olur. Tәbi-şeriyyәsi olmağına görә, xeyli mәrrub şer vә qәzәllәri vardır ki, onlardan nümunә üçün bir neçәsi burada yazılır".

 

Mürəbbeləri:

Səbr eylə

 

Münacatları:

Xudavənda, yazarkən nəzmü nəsrü dəftəri-inşa

 

Müxəmməsləri:

Görürəm

 

Qəzəlləri:

Görüm, ey zülfi-girehgir, pәrişan olasan
Nә meylim bağә, nә camü sәbuyә ehtiyacım var
Varımdı sinәdә dәrdü qәmi-nihan, ölürәm
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR