Dərc edildi: Baxış sayı: 531
Ağdaşda canavarlar kəndə hücum edərək xırda buynuzlu heyvanları parçalayıb
Ağdaşda fərdi təsərrüfata hücum edən canavarlar mal-qaranı tələf edib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.
Canavarlar kənd sakini Əbülfət Əhmədovun həyətindəki tövləyə girərək 10 baş xırdabuynuzlu heyvanı parçalayıb. Yalnız ev sahibinin hay-küyü ilə yırtıcıları ərazidən uzaqlaşdırmaq mümkün olub.
Qeyd edək ki, bu, canavarların kəndə heç də ilk hücumu deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət