Dərc edildi: Baxış sayı: 537
Ağdabanlı Qurban - Yoxdu, yox
Ağa, şikayətim var qulluğuna,
Zərrəcə sözümdə yalan yoxdu, yox.
Göstərdim cərraha, təbib-loğmana,
Dedilər: bu dərdə dərman yoxdu, yox.
Yardan ayrı dözə bilməm, neyliyim,
Alışır dəhanda, odlanır dilim.
Bu dərdin dərmanı ölümdür, ölüm,
Sağlığıma daha güman yoxdu, yox.
Kərəm qılıb mətləbləri bitirən,
Həsrətləri bir-birinə yetirən;
Ay Qurbanı qulluğuna gətirən,
Görərsən ki, bir də Qurban yoxdu, yox.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət