Dərc edildi: Baxış sayı: 479
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ağcabədidə məktəb tikintisinə pul ayırıb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ağcabədidə məktəb tikintisinə pul ayırıb.
Oxu.Az xəbər verir ki, Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət