Slimfit
  1. MARAQLI

Ağaca buraxılan məktubu oxuduqda təəccübünü gizlədə bilmədi

Ağaca buraxılan məktubu oxuduqda təəccübünü gizlədə bilmədi
Sakura

Ağaca buraxılan məktubu oxuduqda təəccübünü gizlədə bilmədi

Türkiyənin Manisa bölgəsində kimliyi bilinməyən bir şəxs illər əvvəl sahibsiz olduğunu düşünərək yediyi əncirin sahibindən qeyri-adi şəkildə üzr istəyib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Mustafa Dağhana aid olan tarlada yerləşən əncir ağacının budağından asılmış plastik qabın içində "Haqqını halal et. Keçən il ağacından bir neçə əncir yemişdim. Mən onun öz bölgəmə aid olduğunu düşünürdüm" yazılmış məktub və 2 manat pul tapıb.

Məktubu və pulu tapan uşaqlar tarlanın sahibi Mustafa Dağhana xəbər verib. Mustafa Dağhan isə çox təəccübləndiyini və təsirləndiyini bildirərək "həyatda belə insanların qaldığına çox sevinirəm. Bu ağac qaynatam tərəfindən əkilib. Ürəyi istəyən hər kəs burdan meyvə yeyə bilər. Bunu bura qoyana isə halal oldun" sözlərini deyib.

Mustafa Dağhan ağaca buraxılan pulları onu gətirən uşaqlara xərclik olaraq verib.


 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR