Dərc edildi: Baxış sayı: 485
Ağ Ev: “Tramp koronavirusa görə analiz vermədi”
“ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirusa görə analiz verməyib”.
“HaberGlobal”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Adminstrasiyasının mətbuat katibi Stefani Qrişem deyib.
“Prezident COVID-19-ya görə analiz verməyib, çünki onda xəstəliyin əlamətləri yoxdur və o, virusa yoluxan hansısa şəxslə uzunmüddətli əlaqə saxlamayıb”, - deyən Qrişem Ağ Evinin baş həkiminin ölkənin birinci simasını nəzarətdə saxladığını qeyd edib.
Qeyd edək ki, Tramp və vitse-prezident Mayk Pensin son 10 gün ərzində qatıldığı bəzi tədbirlərdə koronavirusa yoluxmuş şəxslərin olduğu məlum olub.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət