Slimfit
  1. DÜNYA

Ağ Ev: Tramp bu gün zəruri açıqlama verəcək

Ağ Ev: Tramp bu gün zəruri açıqlama verəcək
Sakura

Ağ Ev: Tramp bu gün zəruri açıqlama verəcək

ABŞ prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 17:00-da - red) zəruri açıqlama verməyə hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"ABŞ prezidenti sabah səhər saat 9:00-da Ağ Evdən zəruri açıqlama verəcək", - deyə Ağ Evin yaydığı xəbərin mətnində bildirilir.

Daha əvvəl ABŞ lideri özünün "Twitter" səhifəsində çox əhəmiyyətli hadisə barədə paylaşım edib. Lakin Donald Tramp söhbətin nədən getdiyini açıqlamayıb. 

ABŞ-ın bir sıra KİV orqanları mənbələrə istinadən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada öldürülməsi barədə xəbərlər yayıblar. Mətbuat güman edir ki, Ağ Ev rəhbəri bu hadisəni nəzərdə tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR