Slimfit
  1. AZƏRBAYCAN

“Ağ adam” Bakıda əməliyyat olundu

“Ağ adam” Bakıda əməliyyat olundu
Sakura

“Ağ adam” Bakıda əməliyyat olundu

Tanınmış şair və ziyalı, Givi ləqəbi ilə tanınan Giya Paçxataşvili ürəyindən əməliyyat olunub.

Kult.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat paylaşıb. O, şairin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunduğunu bildirib.

Qeyd edək ki, Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunda anadan olub. O, 1999-cu ildən Rusiya Yazıçılar Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən isə Gürcüstan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən “Ağ adam” sənədli filmi çəkilib.

G.Paçxataşvili 21-i tərcümə olmaqla, 26 kitabın, şeir və publisistik məqalələrin müəllifidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR