Slimfit
  1. TƏBİƏT

Afrikada fillərin sirli ölümü

Afrikada fillərin sirli ölümü
Sakura

Güman edilən səbəblər açıqlanıb

Botsvanada yüzlərlə filin sirli ölümünün səbəbi bu qalındərili heyvanlara mənfi təsir göstərən patogen ola bilər. Ens.az saytı bildirir ki, bu barədə Bloomberg xəbər yayıb.

Botsvanada aparılan ilkin sınaqların nəticələri heyvanların kütləvi şəkildə məhv olmasına səbəb olan məlum xəstəliklərdən öldüyü barədə yayılan xəbəri təkzib edib. Dövlət televiziyası tərəfindən yayımlanan hökumətin bəyanatında bunun yeni xəstəliklərin ortaya çıxmasına siqnal verə biləcəyi qeyd olunur.

Afrikanın şimal-qərbindəki ölkələrdə fillərin cəsədlərindən götürülmüş nümunələr əlavə araşdırma üçün Zimbabve və Cənubi Afrikadakı laboratoriyalara göndərilib. Ətraf Mühit Nazirliyinin daimi katibinin səlahiyyətlərini müvəqqəti icra edən Oduetse Kobotonun sözlərinə görə, laboratoriya tədqiqatlarının nəticələri müqayisə ediləcək və bundan sonra rəsmi açıqlama veriləcək.

Hökumət bu günə qədər 281 cəsədin tapıldığını, qeyri-kommersiya təşkilatı isə 356 ölü heyvan olduğunu iddia edib.

Bundan əvvəl isə Böyük Britaniyada nəşr olunan "The Guardian" qəzeti 350-dən çox heyvanın sirli ölüm xəbərini yaymışdı. Fillərin kütləvi ölümü ilk dəfə may ayının əvvəlində Okavanqo Deltasında qeydə alınmış, ayın sonuna qədər 169 heyvan ölmüşdü. İyun ayının ortalarında ölüm sayı iki dəfədən çox artıb.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR