AFFA-ya barmaq silkələyən klub prezidentinin kimliyi bilindi
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov AFFA-nı hədələyib.
O, bu barədə mesajını Klublar Komitəsinin son iclasında verib.
Belə ki, əyalət təmsilçisinin rəhbəri federasiyanın növbəti mövsümlə bağlı irəli sürdüyü təklifə qarşı çıxıb.
Məsələ ondadır ki, AFFA dövlətdən klublara ayrılan 3 milyon manatla legioner transferinə qadağa qoymaq istəyir.
AFFA İcraiyyə Komitəsi futbolun inkişafı ilə bağlı dövlət tərəfindən ayrılmış vəsaitlərin gələn mövsümdən klublarda olan əcnəbi futbolçulara əmək (xidmət) haqqı qismində istifadə edilməsinə qadağa qoymaq niyyətindədir.
Fariz Nəcəfov bu yeniliyin Premyer Liqanı məhvə sürükləyəcəyini bildirib. O, hazırkı məqamda başqa sponsor tapmağın mümkün olmadığını, AFFA belə qərar verəcəyi təqdirdə isə “Qəbələ”nin çempionatdan çıxacağını elən edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət