Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Aeroportlarda gözlənilməz yerlərdə mikrobların yığılması aşkar olunub

Aeroportlarda gözlənilməz yerlərdə mikrobların yığılması aşkar olunub
Sakura

Aeroportlarda gözlənilməz yerlərdə mikrobların yığılması aşkar olunub

Ens.az xəbər verir ki, amerikalı alimlər apardıqları araşdırmalar çərçivəsində aydınlaşdırıblar ki, aeroportlarda gözlənilməz yerlərdə çox sayda mikrob yığılır.

Müvafiq nəticəyə gəlmək üçün mütəxəssislər Finlandiyadakı Helsinki-Vantaa aeroportuna gəliblər və insanların daha çox olduğu yerlərin səthindən nümunələr götürüblər. Aydın olub ki, obyektin ərazisinin 10%-də ən azından bir respirator virusu var.

Mikroblar uşaq oyun sahələrində, pasport nəzarəti sahəsində, nərdivan məhəccərlərində, habelə mağazalarda maqnit kartı oxucularında var idi. Bundan başqa, rinovirus və A qrip virusu tapıldı.

Alimlər əldə edilmiş nəticəyə çox təəccübləniblər, çünki mikrobların daha çox tualetdə tapılacağını gözləyirdilər. Onlar hesab edirlər ki, yeni məlumatlar aeroportlarda infeksion xəstəliklərin yayılmasının minimuma endirilməsinə kömək edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR