Slimfit
  1. AZƏRBAYCAN

ADU-nun bir günlük rektoru danışdı: Məni özləri seçib...

ADU-nun bir günlük rektoru danışdı: Məni özləri seçib...
Sakura

ADU-nun bir günlük rektoru danışdı: Məni özləri seçib...

Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi çərçivəsində universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib.

Kult.az xəbər verir ki, rektor vəzifəsi üçün seçilmiş Filologiya və jurnalistika fakültəsinin 440-cı qrup tələbəsi Gülmalı Məmmədov öz təəssüratlarını bölüşüb.

O, universitet rəhbərliyinə bu layihəyə görə təşəkkür edib:

“İlk növbədə universitetdə belə mühit yaratdığı üçün hörmətli rektor, akademik Kamal Abdullaya öz dərin təşəkkürümü bildirirəm. Bizimlə bir günlük də olsa, tələbə kimi yox, həmin vəzifələrin icraedicisi kimi davranmaq həqiqətən də xoşdur. Xəlifələri tələbələr namizədlər arasından tam demokratik şəkildə özləri seçir. Altı mindən çox tələbənin oxuduğu universitetdə rektor seçilmək mənim üçün həyatım boyu unutmayacağım günlərdən biridir.

Tələbə yoldaşlarıma tövsiyə edərdim ki, növbəti xəlifə seçkilərində də builki kimi yaxından iştirak etsinlər”.

Qeyd edək ki, əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur.

Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Belə ki, rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri, həmkarlar təşkilatının sədri bir günlük tələbə, magistr və doktorantlar olur. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR