Slimfit
  1. AZƏRBAYCAN

ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib

ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib
Sakura

ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü, Kamal Abdulla 9 Noyabr – Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib:

“Bu gün üçrəngli bayrağımızın ilk dəfə dövlət rəmzi kimi dalğalandığı gündür. 1918-ci ildən 100 il keçir, amma bu bayraq elə vaxt olub səmada, elə vaxt olub ürəklərdə dalğalanıb. “Bir daha yüksələn bayraq bir daha enməz” şüarını ulu öndərimiz Heydər Əliyev Azərbaycanın ən ağır vaxtlarında Naxçıvanda həyata keçirib. 1991-ci ildə Naxçıvan Ali Məclisi bayrağımızı ilk dəfə olaraq Sovet İttifaqında müstəqil bir dövlətin bayrağı kimi dalğalandırıb. Bu da əslində hakim rejimə qarşı bir üsyan, onun yoxluğuna imza atan bir addım idi. Ulu öndərin bu addımı bütün Azərbaycana sirayət etdi və ölkəmiz üçrəngli bayrağını nəhayət ki, bütün hüdudlarımız boyu dalğalandıra bildi.

Bu gün Azərbaycanın bayrağı müxtəlif konfranslarda, forumlarda dalğalanır, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və qəbul edilməsi üçün əlindən gələni edir, bütün xalqımız da bu yolda cəsarətlə və inamla addımlayır”.

Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri səsləndirilib, “Dalğa” rəqs ansamblının ifasında rəqslər nümayiş olunub.

“Sabah” qruplarının tələbələrinin hazırladığı tamaşa nümayiş olunub. Tədbir “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR