Slimfit
  1. MARAQLI

Adları rənglərlə eyniləşmiş 7 məşhur şəxs

Adları rənglərlə eyniləşmiş 7 məşhur şəxs
Sakura

Adları rənglərlə eyniləşmiş 7 məşhur şəxs

Qırmızı, mavi, yaşıl, sarı kimi ana rənglərin hər birinin etimoloji kökləri çox qədimlərə gedib çıxır. Bəziləri Ərəb və fars, bəziləri isə Fransız mənşəlidir. Ancaq elə rənglər var ki, adlarını məhz tanınmış şəxslərdən götürüblər.

1. Alisa Mavisi (Alice Roosevelt Longworth)

Teodor Ruzveltin (Theodore Roosevelt) qızı Alisa Ruzveltin (Alice Roosevelt Longworth) adını daşıyan solğun mavi rəng onun bu rəngdə geyindiyi libaslardan sonra tanınıb. Həmin illərdə olduqca populyarlaşan bu rəngdəki paltarlar 1919 Broadway musiqili tamaşasının premyerasını həyata keçirən Joseph McCarthy və Harry Tierney-in “Alice Blue Gown” mahnısına ilham olmuşdur.

Xatırladaq ki, Alisa mavisi yaşıl və bənövşəyi rəng tonlarının qarışdırılmasından əldə edilir.

2. Yves Klein Mavisi (Yves Klein)

“Mavinin sərhədləri yoxdur, o, sərhədlərdən irəlidədir.” – Yves Klein

1928-1962 – ci illərdə yaşayan Fransız rəssam Yves Klein rəssamlıq sənətində realist axından təsirlənənlərdən biri idi. Rəsim əsərlərində müntəzəm olaraq üstünlük verdiyi tünd mavi rəng (IKB və ya beynəlxalq Klein mavisi olaraq tanınan rəng) üçün Klein, 1960 – cı ildə Fransa Hökuməti ilə birlikdə xüsusi bir formul müəyyənləşdirir. Sözügedən formul rəngi seyrəltməyəcək sintetik qətran ilə qarışdırılmış tünd mavi piqmentə əsaslanırdı.

3. Tisian Qırmızısı (Tiziano Vecellio)

16 – cı əsrdə yaşamış Venesiyalı rəssam Tisian Veçellionun əsərlərində təsvir edilən qadınların saçlarına baxdığımız zaman əsasən qırmızı rəngdə olduğunu görə bilərik. Rəssamın qırmızı rəngə qarşı bu sevgisi adının bu rənglə yanaşı səslənməsinə səbəb oldu. Maraqlı məqam isə odur ki, 1960 – cı illərdə kürən saçlı barbie gəlinciklərinə “Titians” deyilirdi.

4. Şeyele Yaşılı (Carl Wilhelm Scheele)

İsveç kimyaçısı Karl Vilhelm Şeyele tərəfindən 1775-ci ildə kəşf edilən rəng şüşə istehsalından sabun hazırlanmasına, uşaqlar üçün satışa çıxarılan şirniyyatlardan saraylarda istifadə edilən divar kağızlarına qədər demək olar ki, hər yerdə istifadə edilirdi. 1830 – cu ildə Şeyele yaşılı tonunda hazırlanan divar kağızı istehsalı 1 milyona çatmışdı.

5. Van Deyk Qəhvəyisi (Anthony van Dyck)

Bu dərin, isti, şəffaf qəhvəyi rəng yüksək konsentrasiya edilərək təbii maddə (əsasən, əsl kir) ilə hazırlanmışdır. Öz adını isə yenilikçi flomand rəssam Antonio Van Deykdən götürmüşdür. Sənətçinin əsərlərində tez-tez bu rəng tonuna rast gəlməyimiz heç də təsadüfi deyildir.

6. Perkin Bənövşəyisi (William Henry Perkin)

Bir çox elmi kəşf kimi sintetik boyaların ixtirası da gözlənilmədən baş vermişdir. 1856- cı ildə kimya tələbəsi Uiliyam Henri Perkin hələ 18 yaşında olarkən malyariya xəstəliyinin müalicəsi üçün (hərarəti aşağı salmaq üçün) Xinin`in (C20H24N2O2) sintezi ilə bağlı tədqiqatlar apran müəllimi ilə birlikdə yeni bir yol axtarırdı. Apardığı eksperiment uğursuz olsa da, alkoqol ilə duruladıqdan sonra şüşədə qalan bənövşəyi rəngli palçıq onun diqqətini çəkir və bu rəngin patent hüququnu alır.

7. Huker Yaşılı (William Hooker)

İngilis botaniki Uilyam Cekson Huker yarpaq yaşılını əldə etmək üçün xüsusi bir piqment yaratmış və bu rəng onun adı ilə tanınmağa başlanmışdır.

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR