Adi yodun köməyi ilə qida məhsullarının keyfiyyətini yoxlamaq olar
İldən ilə dükanlarda təmiz və keyfiyyətli qida məhsullarının sayı azalır.
İstehsalçılar daha çox gəlir əldə etmək üçün məhsullara müxtəlif kimyəvi maddələr, aidiyyatı olmayan qatqılar əlavə edirlər.
Eksperiment üçün bizə sadəcə hər aptekdə satılan yod lazım olacaq.
1. Kəsmik
Bəzi istehsalçılar kəsmiyin çəkisini artırmaq və bunun nəticəsində qənaət etmək üçün ona tez-tez nişasta əlavə edirlər.
Kəsmiyə nişasta əlavə olunub-olunmadığını yoxlamaq üçün kəsmikdən bir az götürüb üzərinə yod damızdırın. Keyfiyyətsiz məhsul dərhal göyərəcək.
2. Bal
Bal bahalı məhsuldur və bu səbəbdən bal tez-tez saxtalaşdırılır. Balın çəkisini artırmaq üçün ona təbaşir, nişasta və un əlavə oluna bilər.
Balın keyfiyyətini yoxlamaq üçün 1 stəkan ilıq suda 1 ç.q. bal əridin və ora 3-5 damcı yod əlavə edin. Əgər balda un və ya nişasta varsa, su göyərəcək.
3. Mayonez
Yaxşı mayonezin tərkibinə yumurta daxildir. Bəzən mayonezi daha ucuz etmək üçün ona yumurta əvəzinə nişasta və digər əlavələri qatırlar.
Mayonezdə nişastanı aşkar etmək üçün yenə də yoddan istifadə edin. Mayonezin üzərinə yod damızdırın. İçində nişasta varsa, mayonezin rəngi dərhal tündləşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət