Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Adətən zibilliyə atdığımız bu məhsul görün neçə dərdə çarədir

Adətən zibilliyə atdığımız bu məhsul görün neçə dərdə çarədir
Sakura

Adətən zibilliyə atdığımız bu məhsul görün neçə dərdə çarədir

Bir çox qadınlar toyuq bişirəndə toyuq ayaqlarını zibilliyə atır. Lakin Yaponiya alimləri sübut edir ki, toyuq ayaqları çox faydalıdır və onların köməyi ilə bir çox xəstəlikləri sağaltmaq mümkündür.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, toyuq ayaqlarından bişirilmiş bulyon arterial təzyiqi salmağa yardım edir. Yüksək təzyiqdən əziyyət çəkənlər və ya hipertoniyaya meylli olanlar bu bulyonu mütləq öz qidalanmasına daxil etməlidir. Mütəxəssislər qeyd edir ki, bulyona duz əlavə etmək olmaz.

Bundan əlavə toyuq ayaqları kollagenlə zəngindir. Bu maddə oynaqlarımızın sağlamlığı üçün çox vacibdir və həmçinin dərinin cavanlığını təmin edir, damarların divarlarını möhkəmləndirir.

Mislə zəngin olan toyuq ayaqları dəmirin sovrulmasını yaxşılaşdırır və bununla da qanazlığı zamanı kömək edir.

Toyuq ayaqları B4 vitamini ilə zəngindir. Bu vitamin metabolik prosesləri yaxşılaşdırır və həmçinin qaraciyər və bağırsaqların sağlamlığı üçün faydalıdır.

Toyuq ayaqlarından bişirilmiş bulyon təbii sakitləşdirici və yuxugətirici vasitədir. Bu bulyon yaraların sağalmasını sürətləndirir, cavanlaşdırır, arıqlamağa yardım edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR