Slimfit
  1. İQTİSADİYYAT

ADB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb

ADB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb
Sakura

ADB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb

Asya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozunu 2024-cü ildə 4,3 %-dən 4,5 %-ə, 2025-ci ildə isə 5 %-dən 5,1%-ə artırıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə bankın bu gün açıqlanan “Asiyanın inkişaf perspektivləri”(ADO) hesabatının iyul sayında deyilir.

“Bu, Azərbaycan və Qırğızıstanda gözləniləndən daha güclü artımla əlaqədardır. Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-aprel aylarında 4,3 % böyüyüb ki, bu da dövlət xərcləri ilə dəstəklənən nəqliyyat və tikinti sahələrinin hesabına olub. Qırğızıstanın artım tempi 2024-cü ilin birinci rübündə 8,8 % təşkil edib ki, bu da yerli və xarici investisiyalarla maliyyələşdirilən xidmət və tikinti sahələrində güclü istehsalla əlaqədardır”, - hesabatda bildirilir.

ADB hesab edir ki, digər subregional iqtisadiyyatlarda da iqtisadi fəaliyyət eyni dərəcədə güclü olub. Ermənistan 2024-cü ilin birinci rübündə 9,2 % böyüyüb ki, bu da əsasən istehsalat sahəsindəki artımla bağlıdır. Gürcüstan iqtisadiyyatı 4 ayında 9 % genişlənib, çünki güclü kreditləşmə həm daxili istehlakı, həm də investisiyanı dəstəkləyib.

Hesabata görə, qızıl satışı da daxil olmaqla ixracatın kəskin artması səbəbindən Tacikistan 2024-cü ilin birinci rübündə 8,2 % templə güclü artımını davam etdirib. Türkmənistanda artım dövlət investisiyaları və xalis qaz ixracı ilə təmin edilir. Özbəkistanda əsas kapitala investisiyaların artması 2024-cü ilin birinci rübündə 6,2 % artıma səbəb olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR