Slimfit
  1. MEDİA

ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

ADAU-da  “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib
Sakura

ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki…

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması, bu istiqamətdə səmərəli təkliflərin hazırlanması məqsədilə 15 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktik konfransı başlayıb.

         Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq müasir dövrdə aqrar sahənin aktual problemlərindən biri olan sığortanın tətbiqi, bu sahədə mövcud olan problemlər və perspektivlərin müzakirəsinin əhəmiyyətindən, universitetdə bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışaraq  konfransın işinə uğurlar arzulayıb.

  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək konfransın elmi-praktik əhəmiyyətindən danışıb.

Konfransda iştirak edən Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü, TRASİM Şirkətinin Baş Direktoru Yusuf Cemil Satoğlu Türkiyə Respublikasının kənd təsərrüfatı və aqrar sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) koordinatoru Şahmar Bayramlı, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov aqrar sığortada elektron kənd təsərrüfatının əhəmiyyəti, aqrar sığortada yeni çağırışlar barədə məruzələr ediblər.

       Konfransın plenar hissəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta  fəaliyyətinə nəzarət departamentinin idarə rəisi Firdovsi Ağaşirinov, Standart İnsurance sığorta şirkətinin idarə heyətinin sədri Anar Sadıxov, Atəşgah sığorta şirkəti ASC-nin Gəncə filialının direktor müavini Orxan Qurbanov, ADAU-nun maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov, Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov,  ADAU-nun dosenti Zakir Ömərov, Samux rayonu DAİM-in direktoru Rahil Həsənov, Goranboy rayonu DAİM-in direktoru Ziyad Ələkbərov, Samux rayonundan fermer Nəriman Ələkbərov, Şəmkir rayonundan fermer Elşən Süleymanovun da məruzələri dinlənilib.

      Qeyd edək ki,  konfrans aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası, “Elektron kənd təsərrüfatı” informasiya sistemində yeniliklər adlı istiqamətləri əhatə etməklə, bölmələrdə  60-dan çox məruzə dinləniləcək. Konfransın materialları dərc olunaraq müəlliflərə paylanılıb.

            

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR