Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Acqarına su içmək nələrə səbəb olur?

Acqarına su içmək nələrə səbəb olur?
Sakura

Acqarına su içmək nələrə səbəb olur?

Acqarına su içməyin faydalı olduğu barədə çoxları danışır. Səhərlər yuxudan duran kimi su içənlər çoxdur. Amma bunun mənasını, hansı faydalarının olduğunu heç də hamı bilmir. Boş mədəyə su içməyin hansı faydaları var? Bu zaman nə baş verir? Mütəxəssislər acqarına bir stəkan su içməyin lazımlı olduğunu izah ediblər.

Ens.Az e-tibb.az-a istinadən bildirir ki, Almaniyadan olan mütəxəssislər səhərlər acqarına bir stəkan su içməyin bir neçə cəhətdən faydalı olduğunu bildiriblər. Həkimlərin fikirləri Almaniya mediasında yayımlanıb. Mütəxəssislər hesab edir ki, acqarına su içən zaman bunlar baş verir:

Toksinlər təmizlənir. Su boş mədəyə daxil olduqdan sonra zərərli birləşmələr bədəndən çıxır. Həm də müntəzəm maye qəbulu əzələnin inkişafına kömək edir.

Maddələr mübadiləsi sürətlənir. Acqarına bir stəkan su içmək maddələr mübadiləsini normallaşdırmağın açarıdır. Mütəxəssislərin fikrincə, proses 24 faiz sürətlənir. Bundan əlavə, mədə-bağırsaq traktının işi yaxşılaşır.

Dərini cavanlaşdırır. Acqarına su içmək bədəni maye çatışmazlığından qoruyur. Nəticədə qırışların yaranma ehtimalı azalır.

İmmunitet sistemini gücləndirir. Bir insan yuxudan oyandıqdan dərhal sonra bir stəkan su içməyə alışırsa, immuniteti güclənəcək. Nəticədə yoluxucu bir xəstəliyə yoluxmaq riski azalır.

Böyrək daşlarından qoruyur. Su mədə turşusunun konsentrasiyasını azaldır. Bununla böyrək daşlarının meydana gəlməsinə kömək edən zəhərli maddələrin miqdarı da azalır.

Saçları canlandırır. Maye içmək saç üçün faydalıdır, çünki saçları nəmləndirir. Həkimlər hesab edir ki, su saç həcminin 25 faizini təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR