Slimfit
  1. CƏMİYYƏT

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə başlanılıb

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə başlanılıb
Sakura

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə başlanılıb

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklərin və qüvvədə olan qanunvericilik aktlarının tələblərinin Agentliyin ərazi reklam idarələrində çalışan əməkdaşlarına ötürülməsi və onların maarifləndirilməsi məqsədilə təlimlərə start verilib.

Agentlikdən "Report"a verilən məlumata görə, bütün Regional İdarələri əhatə edəcək təlimlərə Lənkəran şəhərindən başlanılıb.

Təlimçilər - Agentliyin İcazə və Razılaşdırma şöbəsinin ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə regiondakı əməkdaşlara məlumat veriblər. Yeni yaradılan zonaların müzakirə olunduğu təlimdə həmçinin məlumatların sistemə daxil edilməsi yolları öyrədilib, sahibkarların işinin asanlaşdırılması baxımından onların yeniliklər barədə bilgiləndirilməsi, regional idarələrin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması kimi mövzular əhatə olunub. İştirakçılar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.

Qeyd edək ki, təlimlər sistemli və ardıcıl olaraq ADRA-nın bütün regional idarələrində həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR