Slimfit
  1. İDMAN

Açıq Avropa kubokunda Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Açıq Avropa kubokunda Azərbaycanın iki cüdoçusu finala yüksəlib
Sakura

Açıq Avropa kubokunda Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Martın 2-də Polşanın paytaxtı Varşavada start götürən açıq Avropa kubokunda Azərbaycanın iki cüdoçusu finala vəsiqə əldə edib.

AZƏRTAC xəbər verir ki, turnirin ilk günü tatami ustalarımız üçün uğurlu olub. Altmış kiloqram çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə qazaxıstanlı Kanat Selxan, fransalı Pierre Dumontier, holland Bas Koffeberq və daha bir fransalı idmançı Vincent Anquesti məğlub edərək finala yüksəlib.

Altmış altı kiloqram çəki dərəcəsində isə İbrahim Əliyev Simon Yasinski (Polşa), Yarin Menagedi (İsrail), Sunggat Jhubatkanı (Qazaxıstan) və Artyom Falkivkini (Ukrayna) məğlub edərək finalda döyüşmək hüququ qazanıb.

Qeyd edək ki, 38 ölkədən 308 idmançının mübarizə apardığı qitə turnirində 14 cüdoçumuz medallar uğrunda yarışır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR