Slimfit
  1. DÜNYA

"Acam, zibil eşirəm" deyən qadına "Gəbər" yazan vəzifəli şəxs işdən qovuldu

"Acam, zibil eşirəm" deyən qadına "Gəbər" yazan vəzifəli şəxs işdən qovuldu
Sakura

"Acam, zibil eşirəm" deyən qadına "Gəbər" yazan vəzifəli şəxs işdən qovuldu

Hazırda bir çox ölkələrdə sosial izolyasiya tədbirləri həyata keçirirlir. Bu səbəbdən də xidməti zəruri olmayan şəxslərin çölə çıxması qadağan edilib. Lakin bəzi vətəndaşlar gündəlik qazanc əldə etmək üçün bu qadağalara tabe olmayaraq çölə çıxırlar.

Türkiyədə bu qadağaları pozan şəxslərdən birinin sosial şəbəkələrdə etiraz videosu yayılıb. Videodakı qadın "Uşaqlarımız acdır. Evdə necə qalım? İndi mən zibillikdən yemək axtarmaqdan gəlirəm, evdə qal demək asandır" deyə, etirazını bildirib. Onun videosu sosial şəbəkələrdə minlərlə dəfə yayılıb və onlarla şəxs qadına yardım edib.

Bununla yanaşı qadını çölə çıxdığına görə tənqid edənlər də olub. Onlardan biri də İstanbul Ailə və Sosial xidmətlər idarəsinin müdir müavini Nail Noğaydır.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, o, qadının videosunu paylaşaraq "Gəbər" sözünü yazıb. Təhqir olunduğunu görən Nail Noğay daha sonra postu silmək məcburiyyətində qalıb.

İdarədən verilən məlumata görə, Nail Noğay bu şərhinə görə vəzifəsindən uzaqlaşdırılıb. Açıqlamada bildirilib ki, birlik və bərabərliyimizi zədələyən bir dil, üslub yolverilməzdir.

Mənbə: Milli.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR