Slimfit
  1. İDMAN

Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar

Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar
Sakura

Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinin qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyasının təşəbbüsü ilə keçirilən turnirdə komanda hesabında Abşeron idmançıları birinci olublar. Qusarlı cüdoçular ikinci, Siyəzən komandası isə üçüncü yerə çıxıb. İki gün davam edən yarışda, ümumilikdə, 300-ə yaxın idmançı mübarizə aparıb. Qalib idmançılar medal və diplomlarla təltif olunublar. Yarışların zona mərhələsinin qalibləri ölkə çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Azərbaycan çempionatının ilk mərhələsi, ümumilikdə, doqquz zona üzrə keçirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR