Slimfit
  1. AZƏRBAYCAN

Abşeronda reyd keçirilib, kustar üsulla hazırlanmış süd və süd məhsulları aşkarlanıb

Abşeronda reyd keçirilib, kustar üsulla hazırlanmış süd və süd məhsulları aşkarlanıb
Sakura

Abşeronda reyd keçirilib, kustar üsulla hazırlanmış süd və süd məhsulları aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunda reyd keçirib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Mehdiabad qəsəbəsində antisanitar vəziyyətdə kustar üsulla hazırlanaraq qablaşdırılan küllü miqdarda süd və süd məhsulları aşkar edilib. 

Məlum olub ki, vətəndaş Nicat Həmidova məxsus "REAL QRUP" MMC-yə məxsus müəssisədə "Qazax" kənd məhsulları adı altında süd və süd məhsulları istehsal olunur. Hazır məhsullar isə gizli yolla kənd təsərrüfatı malları yarmarkalarında satışa çıxarılır.

Reyd zamanı müəssisədə "Hilal su" adı altına satışa çıxarılan hazır sular da aşkarlanıb.

Qeyd edək ki, araşdırmaların yekunu olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılacağına dair qərar qəbul ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR