Slimfit
  1. CƏMİYYƏT

Abşeronda kənd təsərrüfatı torpaqları başqa təyinatlar üçün istifadə olunub

Abşeronda kənd təsərrüfatı torpaqları başqa təyinatlar üçün istifadə olunub
Sakura

Abşeronda kənd təsərrüfatı torpaqları başqa təyinatlar üçün istifadə olunub

“Son illərdə Bakı şəhərində müşahidə olunan əhali artımı Abşeronun müxtəlif ərazilərində məskunlaşmanın üfüqi genişlənmələrinə səbəb olub”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, xüsusilə şimal-şərq və cənub-şərq hissələrdə müşahidə olunan şəhər genişlənməsi yüksək dəyərə malik kənd təsərrüfatı torpaqlarının başqa təyinatlarla istifadə olunmasına səbəb olub, təbii landşaftı və yarımadanın ümumi ekosistemini təhlükə altına salıb.

“Eyni zamanda iqlim dəyişikliyinin sürətlənməsi şəhər və region üçün yeni problemlərin yaranmasına səbəb olub. Regionda su qıtlığının və mümkün təbii hadisələrin (fırtına, subasma, güclü yağıntılar kimi) mənfi təsirlərinin qarşısının alınması üçün Bakıda iqlim şəraitlərini nəzərə alan strategiyalar tətbiq edilməli və əhalinin humanitar, iqtisadi, ekoloji rifahı təmin edilməlidir.

Qeyd edilən məsələlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlərə yer səthlərinin bərk örtüklərlə döşənməsinin məhdudlaşdırılması və azaldılması, təbii örtüklü ərazilərin, həmçinin mövcud su-bataqlıq ərazilər və təbii çaylar boyu yerləşən təbii çökəkliklərin və subasma sahələrinin, təbii sahilyanı ərazilərin qorunması kimi tədbirləri aid etmək olar”.

Vurğulanıb ki, Bakını gələcəyə hazır olan bir şəhər kimi inkişaf etdirmək üçün Baş Plan çərçivəsində bütün layihə ərazisində təbii yaşıllıqların və açıq məkanların ümumi ərazidəki payının minimum 10%-ə çatdırılması hədəflənib:

“Bu məqsədə nail olmaq və 2040-cı ilə qədər Bakı və Abşeronun iqlimə uyğun, dayanıqlı və funksional təbii ekosistemə malik ərazi kimi inkişafını təmin etmək məqsədilə Baş Plan çərçivəsində Abşeronun ətraf mühitinin və ekoloji şəraitinin sağlamlaşdırılması üçün aşağıdakı 2 mərhələli yanaşmanın tətbiqi təklif olunur:

1. Abşeronun mədəni landşaftının qorunması, təbii yaşıllıqların və açıq məkanların sayının artırılması;

2. Abşeronun zəngin mədəni landşaftının gücləndirilməsi”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR