Slimfit
  1. CƏMİYYƏT

ABŞ Zeynalova ilə bağlı qərar verdi

ABŞ Zeynalova ilə bağlı qərar verdi
Sakura

ABŞ Zeynalova ilə bağlı qərar verdi

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova haqqında Nyu-York Əyalətinin Cinayət Məhkəməsi tərəfindən erməni təxribatçı Meri Cobanyanın şikayəti əsasında başladılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ens.az Report-a istinadla xəbər verir ki, Nyu-York Əyalətinin prokurorluğu erməni təxribatçının şikayəti ilə haqqında cinayət işi başlanılan A.Zeynalovanın təqsirsiz olması barədə qərar çıxarıb.

Qeyd edək ki, avqustun 18-də ABŞ-ın Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz cinayət məcəlləsinin beş maddəsi ilə, o cümlədən Ermənistandan olan Meri Çebonyana üçüncü dərəcəli bədən xəsarəti yetirməkdə ittiham edilirdi. Cinayət prosesinin ilkin mərhələsində həmyerlimizin hüquqlarının müdafiəsini ABŞ dövlətinin təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Xoyi Abbas təmsil edib. D.Abbasın ermənilərin təzyiqi ilə proseslə bağlı baş verənləri yaxından izləmədiyi ortaya çıxdıqdan sonra həmyerlimizlə bağlı şikayət üzrə prosesin davamını Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı vəkil, keçmiş prokuror Rövşən Şərifov üzərinə götürüb. Azərbaycanlı vəkil bildirib ki, o, baş verənlərlə bağlı müfəssəl şəkildə topladığı sübutları, şahid ifadələrini və hadisəyə dair videogörüntüləri şəhər prokurorluğa təqdim edib. Nyu-York Əyalətinin prokurorluğu toplanan dəliləri araşdırdıqdan sonra A.Zeynalovaya qarşı bütün cinayət ittihamlarını ləğv edib və onun günahsız olduğuna xitam verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR