Dərc edildi: Baxış sayı: 303
ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq
ABŞ administrasiyası aprelin 3-də Ukraynaya 2,6 milyard dollarlıq növbəti hərbi yardım paketini elan edəcək.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, yardım paketində hava müşahidə radiolokasiya stansiyalar, tank əleyhinə reaktiv mərmilər, həmçinin yanacaq daşıyan maşınlar daxil olacaq.
Bildirilib ki, çoxlu sayda müxtəlif növ sursat, o cümlədən tank mərmiləri də yeni hərbi yardım paketində daxil ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət