Dərc edildi: Baxış sayı: 213
ABŞ Ukraynaya 1 milyard dollar köçürəcək
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) enerji və humanitar məqsədləri dəstəkləmək üçün Ukraynaya 1 milyard dollar köçürəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko açıqlama verib.
Bildirilir ki, 825 milyon dollar Ukraynanın enerji sektorunun qışa hazırlanmasına, 275 milyon dollar isə humanitar yardıma yönəldiləcək. Bundan əlavə, agentlik döyüşlərdən zərər çəkmiş ukraynalıların beşillik reabilitasiya proqramına 18 milyon dollar ayırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət