Dərc edildi: Baxış sayı: 551
ABŞ təyyarəsi Rusiya sərhədlərində: Qırıcılar hərəkətə keçdi
Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşdığı üçün Rusiya hava qüvvələrinin SU-27 qırıcıları tərəfindən uzaqlaşdırılıb.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, Qara dəniz üzərində uçan ABŞ-a aid Boeing P-8A müşahidə təyyarəsi olub.
Məlumata görə, ABŞ təyyarəsi Qara dəniz üzərindən Rusiya sərhədlərinə yaxınlaşıb. Bu zaman Su-27 rus qırıcıları hava qalxaraq onun sərhədə daxil olmasına imkan verməyib.
Görüntüləri Rusiya Müdafiə Nazirliyi yayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət