ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək
Əgər “TikTok” ABŞ-ın milli təhlükəsizliyi təhlükəsi ilə bağlı problemi aradan qaldırmasa, Birləşmiş Ştatların Ticarət Nazirliyi sentyabrın 20-dən ölkədə bu proqramın yüklənməsini, noyabrın 12-dən isə istifadəsini qadağan edəcək.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında deyilir.
"ABŞ prezidenti Donald Trampın 6 avqust 2020-ci il fərmanlarına cavab olaraq, Ticarət Nazirliyi Birləşmiş Ştatların milli təhlükəsizliyinin təminatı üçün “WeChat” və “TikTok” mobil proqramları ilə bağlı sazişlərin qadağan olunduğunu elan etdi", - Ticarət Nazirliyi bildirib.
Bu halda yerli KİV daha əvvəl bildirib ki, ABŞ-dakı “Oracle” və “ByteDance” yeni “TikTok Global” şirkətini yaradacaq.
ABŞ administrasiyası “TikTok” proqramını amerikalıların məlumatlarını Çin hakimiyyətinə ötürməkdə ittiham edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət