Slimfit
  1. DÜNYA

ABŞ senatoru koronavirus sayəsində külli miqdarda pul qazanmaqda suçlanır

ABŞ senatoru koronavirus sayəsində külli miqdarda pul qazanmaqda suçlanır
Sakura

ABŞ senatoru koronavirus sayəsində külli miqdarda pul qazanmaqda suçlanır

ABŞ-ın bir sıra siyasətçi və tanınmış jurnalistləri respublikaçı senator Riçard Berrdən dərhal istefaya getməsini tələb ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Şimali Karolina ştatını təmsil edən bu siyasətçi tutduğu vəzifə sayəsində koronavirus pandemiyasının nəticələrini öncədən bilərək, əlindəki qiymətli kağızları vaxtında baha qiymətə satmaqda, bununla da bütün etik normaları pozmaqda günahlandırılır. Mətbuatın yazdığına əsasən, Riçard Berr epidemiya ilə bağlı məxfi məlumatları xüsusi xidmət orqanlarından alıb.

“ProPublica” siyasi portalının informasiyasına görə, Senatın Kəşfiyyat komitəsinə rəhbərlik edən respublikaçı siyasətçi bu ilin fevral ayının 13-dən başlayaraq, özünə və xanımına məxsus, dəyəri 688 min dollar olaraq bilinən səhmləri 1,72 milyon dollara satmağı bacarıb. Satışlar müxtəlif zaman sırası ilə 33 ticari əməliyyatda həyata keçirilib.

Bilindiyi üzrə, Konqres üzvlərinə və federal vəzifə daşıyan şəxslərə 2012-ci ildə qəbul olunmuş qanuna əsasən insayder ticarəti ilə məşğul olmaq qadağan edilib. Həmin vaxt Riçard Berr bu qanuna qarşı çıxan 3 senatordan biri olmuşdu.

İndi Senatın Kəşfiyyat komitəsinin sədri kimi mühüm post senatora ABŞ xüsusi xidmət orqanlarının verdiyi məxfi məlumatları almaq fürsəti bəxş edir. “Reuters” agentliyinin xəbərinə əsasən, hələ fevral ayıında kəşfiyyat Senata koronavirusun təhlükəsi və yayılma sürəti haqqında informasiya veribmiş. 

Bu ilin fevral ayında ABŞ fond birjası özünün tarixi yüksəlişinə keçib. Mart ayında isə Uoll-Strit Tramp administrasiyasının son 3 ildə əldə etdiyi bütün iqtisadi uğurları yıxaraq əsl çöküş yaşayıb. Lakin Riçard Berr bütün bunlardan qazanclı çıxıb.

Bu həftənin 2-ci günü “NPR” radiostansiyası senator Riçard Berrin Respublikaçılar parityasının bir sıra nüfuzlu şəxsləri ilə fevral ayının 27-də baş tutan görüşünün audio yazısını yayımlayıb. Burada R.Berr dostlarına virusun “aqressiv və müasir tarixdə bir insandan digərinə ən tez keçən bir infeksiya olduğunu” deyir.

Lakin məhz həmin Riçard Berr bu il fevralın 7-də, yəni görüşdən 20 gün öncə digər nüfuzlu senator sayılan Lamar Aleksandrla birlikdə “Fox” şirkətinin saytında ABŞ-ın epidemiya ilə mücadilədə dünyanın istənilən ölkəsindən daha hazırlıqlı olduğunu bəyan etmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR