Dərc edildi: Baxış sayı: 458
ABŞ sanksiya tətbiq etdiyi şirkətdən süni tənəffüs cihazı alıb
Koronavirusun (COVID-19) ən çox yayıldığı ölkələrdən biri olan ABŞ daha əvvəl sanksiya siyahısına daxil etdiyi Rusiya şirkətindən respirator alıb.
“Report” “Financial Times”a istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi açıqlamasında humanitar yardım çərçivəsində gətirilən cihazların sanksiyadan azad olacağını açıqlayıb.
Məlumata görə, Rusiyanın Nyu-York şəhərinə göndərdiyi humanitar yardımların arasında, ABŞ-ın sanksiya siyahısında olan müdafiə sənayesi şirkəti “Rostec”in törəmə şirkəti “Kret” tərəfindən istehsal olunan süni tənəffüs cihazları da var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət