ABŞ rəhbəri: “İrandakı rejimin dəyişməsinə cəhd etmirik”
Birləşmiş Ştatlar İranda rejimin dəyişməsini hədəf seçməyib, amma islam respublikasında etiraz aksiyaları ilə bağlı vəziyyəti diqqətlə izləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Viskonsin ştatında tərəfdarları qarşısında çıxışında deyib.
"Bu anda iranlılar belə sayda küçələrə çıxdılar, hansı ki, hələ belə olmamışdı. Onlar rejimin repressiyalarına qarşı etiraz edirlər və ən yaxşı gələcəyi tələb edirlər, böyük insanlar!”, - Ağ Ev başçısı iddia edib.
“Xalq onların hakimiyyətinin ölümü, zorakılığı və müharibələri yaymaq üçün İranı qarət etməsinə baxmaqdan yoruldu", - Tramp deyib.
"İran hökuməti zorakılıqlara imkan verməməlidir və ya etiraz edənlərdən kimisə öldürməməlidir, bütün dünya bunu izləyir", - o əlavə edib.
"Biz diqqətlə, çox diqqətlə müşahidə edirik”, - Tramp qeyd edib. Ağ Ev rəhbəri daha sonra deyib: “Biz rejimin dəyişməsinə cəhd etmirik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət