Slimfit
  1. DÜNYA

ABŞ razılıq verdi: Bu iki ölkə yolları birləşdirir

ABŞ razılıq verdi: Bu iki ölkə yolları birləşdirir
Sakura

ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) və Koreya Respublikasının dəmir və avtomobil yollarının…

ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) və Koreya Respublikasının dəmir və avtomobil yollarının birləşdirilməsinə razılıq verib.

Axar.az xəbər verir ki, ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın Cənubi Koreya rəsmiləri ilə görüşündən sonra bu barədə məlumat verilib.

İki Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi mərasimi dekabrın 26-da KXDR-in Panmun stansiyasında keçiriləcək. Dəmir və avtomobil yollarının birləşdirilməsi və KXDR-in dəmir yollarının modernləşdirilməsi barədə razılıq Cənubi Koreya Prezidenti Mun Çje İnin sentyabrda Pxenyanda Şimali Koreya lideri Kim Çen İn ilə görüşündə əldə olunub. Buna uyğun olaraq, iki tərəfin müvafiq qurumlarının məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə Şimali Koreyanın dəmir yolu şəbəkəsinin təftişi layihəsinin icrasına başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR