Slimfit
  1. DÜNYA

ABŞ ölkəyə immiqrasiyanı dayandırır

ABŞ ölkəyə immiqrasiyanı dayandırır
Sakura

ABŞ ölkəyə immiqrasiyanı dayandırır

ABŞ hakimiyyəti koronavirus pandemiyasının mənfi iqtisadi nəticələrinə görə 60 gün müddətində ölkəyə immiqrantların qəbulunu dayandırır.

Report”un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ rəhbəri qeyd edib ki, ölkəyə iki aya qədər immiqrasiyanın müvəqqəti qadağası haqqında fərman imzalayacaq.

"Mən ABŞ-da immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzalayacam. Bu fasilə 60 gün davam edəcək, sonra iqtisadi şəraitə əsaslanaraq mənim və insanlar qrupu tərəfindən bunun uzadılması və ya dəyişiklik ehtiyacının olub-olmaması öyrəniləcək", - Tramp mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, məhdudiyyət ABŞ-da daimi yaşamaq üçün sənəd - "Green Card" almaq istəyənlərə şamil olunacaq. 

O, bildirib ki, bu, böhrana görə işsiz qalan amerikalılar üçün iş yerlərinin müdafiəsi üçün ediləcək.

"Hər şeydən əvvəl biz Amerika işçilərinin qayğısına qalmalıyıq", - prezident deyib.

Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının sayı 810 561-ə çatıb, ölkədə 43 630 nəfər pandemiyanın qurbanı olub. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR