Dərc edildi: Baxış sayı: 285
ABŞ nüvə təlimlərınə başlayacaq
ABŞ Silahlı Qüvvələri nüvə hazırlığını yoxlamaq üçün təlimlərə başlayacaq.
Redaktor.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin illik Strateji Komandanlığı (STRATCOM) nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün "Global Thunder 23" təlimi sabah start veriləcək.
Qeyd olunur ki, bu cür təlimlər hər il keçirilir və heç bir dövlətin hərəkətlərinə cavab deyil.
Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir.
ABŞ Silahlı Qüvvələrinin illik Strateji Komandanlığının mətbuat xidmətindən bildirilib ki, təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək.
Təlim zamanı bombardmançıların uçuşlarının sayı artırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət